IQNA

Peyğəmbər namazı möhürlə qılırdımı?

22:58 - August 14, 2015
Xəbər sayı: 3342991
Tehran(IQNA)-Peyğəmbər zamanında evlərin, məscidlərin döşəməsi ya torpaq olurdu ya da həsirlə örtülürdü. Ona görə də ilk müsəlmanların səcdəsi ya torpağın, ya da həsirin üzərinə olurdu.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinaden verdiyi xəbərə göre, zamanında və hətta ondan sonrakı müəyyən dövrdə namazların möhürsüz ya möhürlə qılınmasını axtarmaq düzgün deyil. Burada söhbət möhürün yox, torpağın və torpaqdan çıxan, yeyilib-geyilməyən maddələrin üzərinə səcdə etməkdən gedir. Peyğəmbər zamanında evlərin, məscidlərin döşəməsi ya torpaq olurdu ya da həsirlə (torpaqda bitən və yeyilib-geyilməyən bitki ilə) örtülürdü. Ona görə də ilk müsəlmanların səcdəsi ya torpağın, ya da həsirin üzərinə olurdu. Peyğəmbərdən bir neçə əsr sonra evlər xalça ilə döşənməyə başladı. Bu zaman möhür hazırlamağa ehtiyac yarandı.

Teqlər: möhür ، namaz ، peyğəmbər
captcha