İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əd-diyar" qəzetinin internet portalına istinadla verdiyi xəbərə görə, Məhəmməd Mahir Əl-Həzəri - Suriyalı peşəkar incəsəntçi və əl işləri ustası, özünün 12 il ərzində toxuduğu bir nüsxə ipək Quranın Türkiyə muzeylərindən birində saxlanılmasını arzu edir.
Məhəmməd Mahir Əl-Həzəri - Suriyalı peşəkar incəsəntçi və əl işləri ustası, vurğulayır ki, onun uzun illər zəhmət çəkərək ipəklə toxuduğu bu Quran nüsxəsi indiyədək Livan, Küveyt, BƏƏ, Qətər və Türkiyənin İstambul bə Bursa muzeylərində sərgiyə qoyulmuşdur.
O deyir ki, Quran-Kərimi ipək sapla parça üzərinə toxumaq işini 2000-ci ildə başlamış, 80 sm. Uzunluğu və 60 sm. eni olan bu nəfis Quran nüsxəsini 12 il müddətində tamamlaya bilmişdir.
Suriyalı incəsənət ustası vurğuladı: İpək sapla parça üzərinə toxunulmuş bu Quran hər biri 200 kq. olan 12 cilddə hazırlanmışdır. Mən bu Quran nüsxəsinin Türkiyə muzeylərindən birində saxlanılmasını istəyirəm.
Məhəmməd Mahir Əl-Həzəri dedi: Bir çox incəsənət əsərləri sərgiləri mənim bu işimi almaq istəyiblər ki, axırıncı dəfə bunun müqabilində 2 milyon 500 min dollar təklif ediblər.
3454023