IQNA

Almaniya, Ərəbistan tərəfindən vəhhabiliyin yayılmasına qarşı çıxdı

9:09 - December 08, 2015
Xəbər sayı: 3461013
Tehran(IQNA) - Almaniya kanslerinin müavini Səudiyyə Ərəbistanı rəsmilərini Alaniyada terrorizmi dəstəkləyən dini mərkəzlərə maliyyə yardımlarını dayandırmağa çağırıb.

Zigmar Qabriel 6 noyabr bazar günü Almaniyanın "Bild Sontag" qəzetinə müsahibəsində deyib: Dünyanın hər yerində bütün vəhhabi məscidlər Ərəbistan höküməti tərəfindən maliyyələşdirilir. Almaniyada təhlükəli sayılan bir çox radikallar belə mərkəzlərdə yetişiblər.

Almaniya rəsmisi bildirib: Hal-hazırda bu faktı Ərəbistana aydınlaşdırmalıyıq ki, digər həll yolları üçün vaxt artıq bitmişdir.

Almaniya Sosial Demokratlar Partiyasının sədri bildirib: Sələfi düşüncəsi daşıyan dini qurumlar və məscidlərə qarşı effektiv tədbirlərin görülməsini vacib sayır.

Operman “Welt am Sontag” Alman qəzetinə açıqlamasında deyib: Ərəbistanın vəhhabi əqidəsini yayan mərkəzlərə sponsorluğunun qarşısını almalıyıq.

O, Vəhhabiliyin İŞİD qruplaşmasını ideologiya ilə təmin etdiyini vurğulayaraq, əlavə edib: Bizə Almaniyada belə bir şey lazım deyil.

Maide.az

captcha