IQNA

İngiltərəli müsəlmanlar selə düşmüş Kamberiyalıların köməyinə getdilər + FOTO

23:55 - December 18, 2015
Xəbər sayı: 3465577
Beynəlxalq şöbə: İngiltətəli bir qrup müsəlman cavanlar könüllü və humanist bir addım ataraq Kamberiya rayonunda seldən zərərçəkmiş insanların köməyinə getdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "hafinqton post" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltətəli bir qrup müsəlman cavanlar könüllü və humanist bir addım ataraq ölkənin hər yerindən Kamberiya rayonunda seldən zərərçəkmiş insanların köməyinə axışdılar ki, sel zamanı zərər çəkmiş insanlara lazım olan köməkliyi göstərsinlər.



Onlar seldən zərər çəkmiş insanlar arasında su, yemək, geyim və isti yatacaqlar paylayıblar. Həmçinin sel basmış evlərdən sakinlərə əşyalarını çıxarmaqda kömək ediblər. Lehim və palçıqla bağlanmış yolları və keçidləri açıblar. Habelə ruhi cəhətdən pis durumda olanlara da mənəvi dəstək olublar.



İngiltərənin müsəlmanlar icması «Humanity First» təbii bəlalar zamanı xeyriyyə müəssisəsinin həmkarlığı ilə insanlardan maddi yardımlar toplayaraq sel zamanı zərərçəkmiş insanlara çatdırıblar.



Hər gün 60 nəfər müsəlman cavan bu hadisədə zərər çəkmiş insanların köməyinə gedir.



Qeyd edək ki, İngiltərənin şimal qərbində yerləşən Kamberiya rayonunda sel nəticəsində 5000 ev su altında qalıb və sakinlərə ciddi zərərlər dəyib.     



3464011











Teqlər: sel ، ingiltərə ، müsəlman ، humanitar
captcha