IQNA

Azəri dilinə tərcümə edilərək;

Azərbaycanda "Mərhəmət Elçisi" kitabı nəşr olundu

9:35 - December 23, 2015
Xəbər sayı: 3468534
Xarici şöbə: İran İslam Respublikasının "Səmt" (İİR Universitetlərində Mütaliə və Hümanitar elmlər dərsliklərinin yazılması təşkilatı) nəşriyyatının Azərbaycanın Xəzər Universiteti ilə müştərək həmkarlıq çərçivəsində "Pəyamavər Rəhmət" kitabı azəri dilinə tərcümə edilərək "Rəhmət Elçisi" ünvanı ilə nəşr olundu.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Qafqaz Mədəniyyət Mərkəzi"nin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Seyyid Əli Mirşərifinin qələmə aldığı və "Səmt" (İİR Universitetlərində Mütaliə və Hümanitar elmlər dərsliklərinin yazılması təşkilatı) nəşriyyatı tərəfindən çap edilən "Pəyamavər rəhmət" kitabı "Səmt" nəşriyyatının Azərbaycanın Xəzər Universiteti ilə müştərək həmkarlığı çərçivəsində Şamil Nuriyev tərəfindən azəri dilinə "Rəhmət Elçisi" adı ilə tərcümə edilərək nəşr olundu.



Bu kitabda əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) viladətindən vəfatına qədərki həyat yolu tarix, hədis və Qurana əsaslanaraq işıqlandırılmışdır. Kitabda müsəlmanların Həbəşistana hicrəti, peyğəmbərin (s) həzrət Xədicə ilə evlənməsi, Şə`bi Əbi Talib hadisəsi, Əqəbə bey`əti, Ühüd döyüşü və Vida Həcci kimi məsələlər öz əksini tapmışdır.  



Qeyd edək ki, bunda öncə də Səmt nəşriyyatının və Xəzər universitetinin müştərək həmkarlığı ilə Quranın tarixi və Böyük Dinlərlə tanışlıq kitabları azəri dilinə tərcümə və çap edilmişdir.



3468098

captcha