İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikası prezidenti Dr. Həsən Ruhani bu gün səhər, həftənin bazar günü, 27 Dekabr 2015-ci il tarixində, Tehranın "prezidentlər sarayı"nda keçirilməkdə olan 29-cu beynəlxalq vəhdət konfransının açılış mərasimində əziz İslam peyğəmərinin (s) viladəti münsibətilə təbrik deyərək vurğuladı: "Biz bu gün elə bir şəraitdə mövlud həftəsi keçiririk ki, inkişaf etmək, qüdrətlənmək, birləşmək və gözəl yaşamaq üçün hər zamandakından daha çox O həzrətin (s) əxlaq və həyati sirəsinə əməl etməyə ehtiyaclıyıq".
Prezident əlavə etdi: "Bir vaxtlar dərdimiz bu idi ki, xarici qüvvələr bizim əraziləri işğal edir, amma təəssüflər olsun ki, bu gün müsəlmanlar bir-birinin ərazisinə, canına və namusuna təcavüz edirlər və İslam və Peyğəmbərimizin (s) gözəl simasını ləkələyirlər".
Ruhani dedi: "İslam dünyasının fəryadı "zorakılığa son qoymaq və həmkarlığa başlamaq" olmalıdır və bu gün Peyğəmbərin (s) İlahi dəvətinə cavab vermək təkcə İslami vəhdət və dostluğun genişləndirilməsi ilə mümkündür".
İran prezidenti çıxışında dedi: Təkfir mötədilliyə malik olmama, geridə qalma və fikir kobudluğundan mənşə alır.
İran İslam Respublikasının prezidenti dedi: Bütün ilahi dinlər qeyri-ilahi fərmanlardan çəkinməlidirlər və İslam ilə qeyri-İslam arasında qarşıdurma olmamalıdır.
İran prezidenti deyib: Əgər bir gün islami ölkələrin fikri və qüssəsi İslam düşmənlərinin təcavüzü idisə, təəssüflə, bu gün şərait elə olubdur ki, islami bir ölkə digər islami ölkəyə hücum edir.
Ruhani "heç vaxt təsəvvür edilməzdi ki, sionist rejim müsəlmanların zehinlərindən çıxacaq" deyərək, bildirib: Bir sıra qruplar Allah bayrağı və İslamın adı ilə müsəlmanların canlarına düşüblər və İslam zorakılıq dini kimi təqdim olunur və bir qrup İslamı zülm və təcavüz dini kimi təqdim edibdir ki, bu hərəkətlər qəsbkar sionist rejimin xeyrinədir.
İran İslam Respublikasının prezidenti vurğulayıb: Şübhəsiz, zorakılıq təəssüflə, İslam barədə qeyri-düzgün dərk və anlayışa malik olan qrupların fikir və düşüncələrindən irəli gəlir və vay o günə ki, zorakılıq və ifratçılıq fikirdən başlayaraq, dialoqa çevrilmiş olsun.
İran İslam Respublikasının prezidenti vurğuladı: Şiə hilalını təbliğ edən ölkələr səhv təbliğ edirlər; müsəlman ölkələr müttəfiq və bir-birilərinin kənarında islami bir tam kimi müttəfiq olmalıdırlar.
Beynəlxalq İslami Vəhdət Konfransının fotolarını görmək üçün bura (3469964) tıklayın.