İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Xalid Ubeydi bu barədə deyib:"Bəyci, Tikrit və Rəmadidə olan döyüşlər ölkəmizin xeyrinə oldu. Qələbə köçkünlərin öz evvlərinə qayıdacağı zaman qazanılacaqdır.
Mən beynəlxalq təşkilatların ölkəmə və ordumuza dəstək verməsini istəyirəm. Neynəvanın azad olma əməliyyatı gözlənildiyindən daha tez baş verəcəkdir. Yaxın günlərdə bunun şahidi olacağıq.”