(IQNA) Beynəlxalq Quran Xəbər Agentliyi Maide.az-a istinadla xəbər verir ki, Əl-Əhsa məntəqəsinin cümə namazı xətibi Şeyx Hüseyn Razı bir neçə gün öncə Ərəbistan rəsmilərinə qarşı kəskin tənqidlər səsləndirdiyinə görə, rəsmi dairələrə çağırılmış və ona xəbərdarlıq edilmişdi.
Şeyx Hüseyn Razı tanınmış ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsinin ardınca Ali-Səud rejiminə qarşı kəskin fikirlər səsləndirmiş, Şeyx Nimri azadlıq və insani kəramət şəhidi adlandırmışdı.