İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla xəbər verir ki, "Terrorçular partlayıcı ilə doldurulmuş maşını "Seyyidə Zeynəb” kvartalında yerləşən Ziyabiya blokpostunda partladıb. Partlayış nəticəsində 8 nəfər həyatını itirib”, – deyə mənbənin məlumatında deyilir.
Qeyd edək ki, Xanım Zeynəbin ziyarətgahı da bu məhəllədə yerləşir.