IQNA

Malaziya Quran yarışlarının şüarının açıqlaması;

Vəhdət və Quran təlimlərinə sadiq qalmaq İslam ölkələrinin uğur rəmzidir

7:05 - May 04, 2016
Xəbər sayı: 3480412
Tehran, 04.05.2016 – Malaziya beynəlxalq Quran yarışları barədə hazırlanmış braşurada yarışların şüarı barədə yazılmışdı: Vəhdət və Quran təlimlərinə sadiq qalmaq İslam ölkələrinin uğur rəmzidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziya Beynəlxalq Quran Yarışlarından verdiyi xəbərə görə, bu yarışlar həftənin 1-ci günü, May ayının 2-də "Vəhdət, Milli İnkişafın Nəbzi" devizi ilə Malaziyanın paytaxtı Kualalampur şəhərində öz işinə start vermişdir.

Malaziya beynəlxalq Quran yarışları barədə hazırlanmış braşurada bu yarışların şüarının açıqlaması haqqında yazılmışdı: Cəmiyyətin tək-tək fərdlərinin Vəhdət və Quran təlimlərinə sadiq qalması İslam ölkələrinin inkişaf və uğur rəmzidir.

Yarışların hədəfini izah edən bu braşurada yazır: Həzrət Məhəmməd peyğəmbərin (s) Məkkə və Mədinədə təsis etdiyi ilk İslam dövlətinin əsası və bünövrəsi mühacir və ənsar arasında qardaşlıq və dostluq yaratmaq idi. Əziz İslam peyğəmbəri (s) məkkəli mühacirlər ilə mədinəli ənsarlar arasında qardaşlıq, bağlılıq və vəhdət yaratdı ki, bununla yeni yaranmış İslam dövlətinin sütünlarını möhkəmləndirsin və bu möhkəm sütünlar ilə dünya mədəniyyətini yaxşıya doğru dəyişsin və dünyada elmi inkişafı genişləndirsin.

İslam mədəniyyətinin ictimai, mədəni, irqi və elmi zəminələrinin müxtəlifliyi dünyada bütün elmi, fikri və mədəni sahələri öz təsirinə alan əsas amil idi və bu mədəniyyətin inkişafı və yayılmasını daha da sürətləndirən isə fikir azadlığı və müxtəlif fikir və düşüncə tərzlərinə ehtiramla yanaşmaq idi.

İnsanlar öz fikri rəngarəngliyini hikmət və elm əsasında və doğru ədəbiyyatla izah edə bildiyi zamana qədər bu müxtəlif fikirlilik heç vaxt təfriqə və pərakəndiliyə səbəb ola bilməz.

İslam dininin əsas hədəfi müştərək həyatda dostluq, mehribanlıq, məhəbbət yaratmaq və əqidə və söz azadlığına ehtiramla yanaşmaqdır.

Qeyd edək ki, Malaziya Beynəlxalq Quran Yarışlarının 58-ci turu cari həftənin şənbə gününədək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3494392


captcha