IQNA

Türkiyədə Quran öyrənən şagirdləri dəyərləndirildi + Foto

10:43 - May 11, 2016
Xəbər sayı: 3480437
Tehran, 11.05.2016 – Türkiyənin Dini Vəflər Təşkilatı "Mənim hədiyyəm Qurandır" layihəsinin həyata keçirilməsi yönündə ölkənin ən yaxşı və nümunəvi Quran şagirdlərini mükafatlandırdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyə Dini Vəqflər Təşkilatının internet portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin Dini Vəflər Təşkilatı "Mənim hədiyyəm Qurandır" layihəsinin həyata keçirilməsi yönündə ölkənin İstambul və Ankara şəhərlərindən bəzi Quran tədris mərkəzlərinə baş çəkərək ən yaxşı və nümunəvi Quran şagirdlərini mükafatlandırdı.

Bu mərasimdə müxtəlif yaşlarda olan və digərlərindən fərqlənən nümunəvi Quran-Kərim öyrəncilərinə bir cild Quran hədiyyə edildi.

Qeyd edək ki, Türkiyə Dini Vəqflər Təşkilatının ölkədə 998 şöbəsi vardır. Bundan əlavə bu təşkilatın ölkə xaricində də 102 nümayəndəliyi mövcuddur.

http://www.iqna.ir/fa/news/3496626







 

captcha