IQNA

London meri:

Donaldın kobud fikri ABŞ təhlükəsizliyini zəiflədə bilər

10:53 - May 11, 2016
Xəbər sayı: 3480438
Tehran, 11.05.2016 - London meri, Trampın müsəlmanlar haqqında fikrinin ABŞ-ın təhlükəsizliyinə zərər vura biləcəyinini söyləyib.

Donaldın kobud fikri ABŞ təhlükəsizliyini zəiflədə bilər

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbərine görə, Londonun yeni meri Sadiq Xan Donald Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə müsəlmanların bu ölkəyə girişinə mümkün qadağa tətbiqinə istisna lazım olmadığını bəyan edib və milyarderin müsəlmanlar haqqında "kobud fikrinin” ABŞ və Britaniyanın təhlükəsizliyini zəiflədə biləcəyini söyləyib.

London meri seçilmiş ilk müsəlman olan Sadiq Xan ötən gün - elə birinci iş günündə "Time" jurnalına verdiyi müsahibədə ABŞ-ın Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd milyarder Donald Trampın qalib gələcəyi halda dini etiqadının ona bu ölkəni ziyarət etməyə icazə verməyəcəyini bildirib.

Xanın bu bəyanatından sonra Tramp belə bir qadağanın tətbiq ediləcəyi təqdirdə onun Sadiq Xana şamil olunmayacağını bildirib.

Trampın onun üçün "istisna”sını şərh edən Xan isə bildirib ki, buna ehtiyac duymur, belə ki, "mümkün qadağa təkcə ona deyil, onun dostlarına, ailəsinə və bütün dünyada oxşar mənşəyə malik insanlara şamil edilir”.

"Trampın islamla bağlı kobud fikri ölkələrimizin təhlükəsizliyinə zərər vura bilər. Bu, bütün dünya üzrə xeyli sayda müsəlmanın soyumasına səbəb ola və ekstremistlərin xeyrinə işləyə bilər.”, - Xan belə deyib.

Islam.az

captcha