IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadən məlumat verir ki, səudiyyəli qrıcıların İmran vilayətinin Əmaləqə hərbi bazasına hücumunda iki yəmənli hərbçi həlak olub.
Ərəbistan qırıcıları əl-Bəyza vilayətinin Zi
Naim şəhərciyinə hücum edərək atəşkəsi pozublar. Həmçinin səudiyyə qırıcıları
Sədə, Couf və Təiz vilayətlərinin səmasında uçuşlar ediblər. Təcavüzkar
muzdlular Couf vilayətinin əl-Mutun və əl-Məslub şəhərciklərində Yəmən ordusu
və xalq qüvvələrinin mövqelərini ağır artilleriya ilə atəşə tutublar.
Eyni zamanda səudiyyəli muzdlular Təiz vilayətinin əl-Vaziyyə şəhərciyi və Zibab şəhəri yüksəkliklərini minaatanlarla atəşə tutublar.
Xatırladaq ki,Ərəbistan bəzi ərəb ölkələrinin əməkdaşlığı və ABŞ-ın köməkliyi ilə 2015-ci il 26 martdan Yəmənə irimiqyaslı hücumlara başlayıb.
Səudiyyə Ərəbistanının məqsədi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.Bu hücumlar nəticəsində minlərlə yəmənli, o cümlədən uşaq və qadınlar həlak olmuş, on minlərlə nəfər didərgin düşmüş və Yəmənin 80% infrastrukturu məhv olmuşdur.