Tehran, 23.05.2016 - Səudiyyə Ərəbistan rejimi kaset bombalardan istifadə etməklə Yəmənin müxtəlif bölgələrini mina sahəsinə çevirib.
IQNA - Amnesty International
yayımladığı bəyanatda Səuidyyə rejiminin qırıcılarının kaset
bombalarından istifadə etdiyini və bu bombaların dinc sakinlərinə
törədəcəyi təhlükə ilə bağlı xəbərdarlıq edib və bildirib ki, kaset bombalar
Yəmənin müxtəlif bölgələrini "Mina sahəsinə” çevirib. "Uşaqlar və dinc sakinlər
partlamamış kaset bombalar vasitəsi ilə ölür və ya bədən üzvlərini
itirirlər.”
Amnesty International
Səudiyyə Ərəbistanı kaset bombalarından istifadə etməməyə çağırıb və
beynəlxalq ictimaiyyətdən istəyib ki Yəməndəki bu ərazilərin
təmizlənməsinə yardım etsinlər.
2008 –ci ildə imzalanmış
konvensiyaya əsasən kaset bombalarından istifadə qadağandır. Lakin Amerika, və
Ərəbistan bu konvensiyanı imzlamayıb.
Qeyd edək ki, bundan öncədə
Human Rights Watch və Beynəlxalq Amnistiya Təşkilatı dəfələrcə Səudiyyə
rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların
istifadə edilməsini hərbi cinayət olduğunu və bu cinayəti dayandırması haqqında
bəyanatlar veriblər. Lakin Səudiyyə rejimi hələdə Yəməndə dinc sakinlərə
qarşı bu silahdan istifadə edir.