IQNA

Bəhreyndə hökumət əleyhinə etirazların növbəti günü

12:12 - May 30, 2016
Xəbər sayı: 3480509
Tehran, 30.05.2016 – Bəhreynlilər dünən "əl-Vifaq" cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın hələ də həbsxanada saxlanılmasına etiraz ediblər.

Bəhreyndə hökumət əleyhinə etirazların növbəti günü


IQNA-nın verdiyi xəbərə görə, etirazçılar bütün siyasi məhbusların azadlığa buraxılması barədə müxtəlif şüarlar səsləndirib.

Nümayişdə iştirak edən siyasətçilər çıxışlarında Bəhreyn hakimiyyətinin təzyiq və təqibetmə siyasətini tənqid ediblər.

Qeyd edək ki, etiraz aksiyasının keçirilməsi Şeyx Əli Salmanın məhkəmə prosesindən əvvələ təsadüf edib.

Bu gün paytaxt Manamada keçirilməsi planlaşdırılan məhkəmə iclasında Şeyx Əli Salmanla bağlı yekun qərar elan olunacaq.

http://eastnews.org/news/2145

captcha