
IQNA - Xalid Ali Xəlifə, Amerikanın bu istəyinin
qanuni olaraq heç bir təsirə malik olmadığını dilə gətirərək deyib: "ABŞ-ın
BMT-də olan nümayəndəsi Samanta Paver və ABŞ-ın XİN müavini Tom Malinovski öz
diplomatik hüquqlarından sui istifadə edərək hər məsələyə fikir bildirməməlidirlər."
Qeyd edək ki, adları çəkilən hər iki ABŞ rəsmisi öz rəsmi Tvitter səhifələrində Şeyx Salmanın həbs müddətinə etiraz edərək, onun dərhal sərbəst buraxılmasını tələb etmişdilər.
Xatırladaq ki, Beynəlxalq insan haqları təşkilatı olan"Amnesty International” Bəhreynli ruhaninin həbs müddətinin artırılmasını sərt şəkildə tənqid etmiş və onun azad edilməsini tələb etmişdi.
İslamazeri.az