
IQNA - Livan
Hizbullah hərəkatının rəhbərliyi Bəhreyn hakimiyyətinin şiə dini lideri şeyx
İsa Əhməd Qasimin vətəndaşlıqdan məhrum etməsini pisləyib. Bu haqda məlumat
hərəkatın KİV-lərdə yayılmış bəyanatında deyilir.
Bəhreyn
hakimiyyəti şeyx Qasimin vətəndaşlıqdan məhrum edilməsi qərarını qəbul edib.
Səbəb isə Bəhreyn hakimiyyətinin şiələrin məşhur alimini dini siyasi
məsələlərdə, xarici ölkələrin maraqlarında, həmçinin ölkədə məzhəblər arası
ayrıseçkiliyin salınmasında da ittiham edib.
"Hizbullah”
Bəhreyn rejimi tərəfindən, ilahiyyatçı alim və cəsur lider şeyx İsa Qasimə
qarşı qəbul edilmiş bu misilsiz qərarı pisləyir. "Hizbullah” rəhbərliyi qeyd
edir ki, Bəhreyn tərəfindən atılan bu cür addımlar, ölkə hakimiyyətinin
danışıqlar və dəyişikliklər üçün fürsət buraxmadığını sübut edir.
"Bəhreyn
hakimiyyəti öz axmaqlıqları ilə xalqı çətin qərarlara sürükləyirlər, hansılar
ki, bu diktator rejimi üçün cəza olacaq.”, – deyə rəsmi məlumatda
deyilir.
Islamazeri