IQNA

İŞİD dünən Almaniyada baş vermiş hücumun məsuliyyətini üzərinə götürüb

8:48 - July 20, 2016
Xəbər sayı: 3480622
Tehran, 20.07.2016 – Daha əvvəl bildirilirdi ki, şübhəlinin otağında onun İŞİD-lə əlaqədar olmağına dəlalət edən sənədlər, həmçinin əl ilə çəkilmiş İŞİD bayrağı aşkarlanıb.

İŞİD dünən Almaniyada baş vermiş hücumun məsuliyyətini üzərinə götürüb


IQNA - İŞİD terror təşkilatı bildirib ki, Bavariyada qatarın sərnişinlərinə hücum etmiş əfqanıstanlı qruplaşmanın yaraqlılarından biri olub.

Daha əvvəl bildirilirdi ki, şübhəlinin otağında onun İŞİD-lə əlaqədar olmağına dəlalət edən sənədlər, həmçinin əl ilə çəkilmiş İŞİD bayrağı aşkarlanıb.

Xatırladaq ki, dünən Troyxtlingen-dən Vyurtsburq-a gedən qatarda, yeniyetmə gənc əlində balta və bıçaqla bir neçə nəfərə hücum edib. O bir neçə nəfəri yaralayıb, yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin şahidi olmuş daha 14 nəfər isə şok halındadırlar, onlara psixoloji yardım göstərilir.

captcha