IQNA

Əlcəzayirlilər İranın dini təhsil ocaqlarında təhsil almaq istəyirlər

12:04 - September 04, 2016
Xəbər sayı: 3480759
Tehran, 04.09.2016 – "Əz-Ziyaniyyə" Quran-Kərim Mərkəzinin rəisi ölkəsinin tələbə və şagirdlərinin İranın Dini Elmi Hövzələrinə təhsil üçün ezam olunmalarına meyilli olduqlarını bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzayirin "Əz-Ziyaniyyə" Quran-Kərim Mərkəzinin rəisi İranın bu ölkədəki Mədəni İşlər İdarəsinin məsulu Seyyid Əbül-Əmir Musvəi Bədr ilə görüşündə ölkəsinin tələbə və şagirdlərinin İranın Dini Elmi Hövzələrinə təhsil üçün ezam olunmalarına meyilli olduqlarını bildirib.

Xəbərdə deyilir ki, Şeyx Abdullah bin Mövla əl-Həsən ər-Rəqani - Əlcəzayirin "Əz-Ziyaniyyə" Quran-Kərim Mərkəzinin rəisi, "Sufiyyə" barədə keçirilən beynəlxalq iclasdakı tanışlıqdan sonra İran İslam Respublikasının bu ölkədəki Mədəni İşlər İdarəsinin rəisinin qonağı olub ki, bu idarənin mədəni fəaliyyətləri ilə yaxından tanış olsun.

O, Əlcəzayirin ikinci böyük əyaləti sayılan Ədrar əyalətinin Zaviyə şəhərinin imamıdır. O, Quran-Kərim hafizdir və həmçinin Nəvəvinin yazdığı "Peyğəmbərdən (s) 40 hədis" kitabını əzbər bilir.

Şeyx Abdullah bin Mövla əl-Həsən ər-Rəqani bu görüşdə Əhl-Beytə (ə) olan sevgisini vurğulayaraq İran İslam Respublikası və İslam İnqilabı Rəhbərinin İslam dünyasında təsirli rolunu müsbət dəyərləndirdi. Həmçinin Səudiyyə Ərəbistanını tənqid edərək yalandan İslama nisbət verilmiş radikal vəhabi cərəyanına nifrət etdiyini bildirdi.

Əlcəzayirin "Əz-Ziyaniyyə" Quran-Kərim Mərkəzinin rəisi bildirdi ki, ölkəsinin məscidlərinin 80%-i Sufiyyə təriqəsinin nüfuzu altındadır və qalan 20% məscidlərdə isə Sələfi və Vəhabi cərəyanlarının da nüfuzu vardır ki, onlar bu məscidlərdə məxfiyana və camaatı öz əleyhilərinə təhrik etmədən fəaliyyət göstərirlər.

Şeyx Abdullah bin Mövla əl-Həsən ər-Rəqani iranlı mədəniyyət məsulu ilə görüşündə İran səfər etmək, dini kitab çapxanaları, kitabxanalar, alimlər, müctəhidlər və dini mərkəzlərlə tanış olmaq istədiyini bildirdi.

"Əz-Ziyaniyyə" Quran-Kərim Mərkəzinin rəisi dedi: Mənim üçün böyük bir iftixardır ki, İranın məzhəbi məkanlarını, imamzadələri, Əhl-Beyt (ə) hərəmlərini ziyarət edim, İranın Elmi Dini Hövzələri ilə yaxından tanış olum və onların təcrübələrindən istifadə edim.

Ər-Rəqani həmçinin iranlı Quran-Kərim hafizlərinin də əz-Ziyaniyyə Quran hifzi mədrəsəsində təhsil almaq üçün bütün şəraitin yaradılmasına hazır olduqlarını elan etdi və həmçinin İranın mədəniyyət işləri idarəsinin məsulunu əz-Ziyaniyyə mərkəzinin qarşıdan gələn dini mərasimlərdə iştirak etməsi üçün dəvət etdi.

Qeyd edək ki, əz-Ziyaniyyə sufi təriqətini Əlcəzayirdə Seyyid Məhəmməd ibn Buzyan təsis edib. Əlcəzayirdə Ziyaniyyə, Qadiriyyə və Musəviyyə təriqələrindən ibarət üç əsas sufiyyə cərəyanı vardır. Bunlardan əlavə bu ölkədə sufiyyənin Ticaniyyə və Qayidiyyə qolları da vardır.

Teqlər: əl-cəzayir ، əlcəzayir ، iqna ، iran ، sufi ، sufiyyə
captcha