IQNA

İngiltərə Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq istəyir

11:22 - September 07, 2016
Xəbər sayı: 3480775
Tehran, 07.09.2016 – İngiltərə parlamentinin silah satışına nəzarət komitəsi Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı düşünür.

İngiltərə Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq istəyir


İQNA-nın verdiyi xəbərə görə, Komitənin sədri Qabriel Qeythaus bu barədə BBC telekanalına açıqlama verib.

Qabriel Qeythaus açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı beynəlxalq hüquq qaydalarını pozub: "Bu şərtlərə görə Səudiyyə Ərəbistanına dəstəyi davam etdirə bilmərik". Parlamentə təqdim olunacaq qanun layihəsində vurğulanıb ki, silah satışını reallaşdırmaq törədilən cinayətlərə yardım etmək mənasını daşıyacaq.

Mənbə: eastnews

captcha