IQNA

Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir

9:40 - November 01, 2016
Xəbər sayı: 3480947
Tehran, 01.11.2016 – Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşündə yaşanan o gözəl anları lentə almaq üçün film çəkilişlərinə başlayır.


Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadən xəbər verir ki, Əhli-Beyt (ə) aşiqlərinin Kərbəlaya izdihamlı piyada yürüşü haqqında film çəkməyi planlaşdıran Amerikalı kinorejissor Katrin Bigelov (Kathryn Ann Bigelow) ötən gün İraqın Bəsrə şəhərinə səfər edib.

K.Bigelovun çəkəcəyi film "Böyük Ərbəin” adlanır. Film haqqında ətraflı məlumat verilməyib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, İraqın Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşləri başlayıb.

Səfər ayı başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır.

Amma xarici vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar.

captcha