Amerika Federal polisinin keçən ilin cinayətləri barədə verdiyi hesabata görə, bu ölkədə keçən il ümumi cinayətlərin sayı 7% çoxalıb. Bu çoxalmanın isə 70% -i İslamofobiya və müsəlmanlar əleyhinə nifrətdən doğan cinayətlərin payına düşür.
Keçən illərdə Amerika cameəsində yaşayan müsəlmanların islamofobiya və müsəlmanlara qarşı nifrətdən doğan cinayətlərlə bağlı etdiyi şikayətlərin də sayı bu hesabatın doğruluğunu təsdiq edir.
FBİ- ın verdiyi hesabat göstərdi ki, keçən il müsəlmanlar əleyhinə nifrətdən doğan cinayətlərin sayı 11 sentyabr hadisəsindən dərhal sonra baş verən İslamofob cinayətlərdən də çox olub.
Amerika - İslam Əlaqələri Şurası bəyaniyyə yayaraq elan etdi: Müsəlmanlar əleyhinə durmadan və gözlənilmədən artan irqi, dini və milli ayrıseçkilik və təəssübkeşlik Amerikanın dövlət başçıları, xüsusilə də Donald Trampın tərəfindən ən şiddətli şəkildə məhkum edilməlidir.
Qeyd edək ki, Donald Tramp keçən ilin prezidentlik seçkilərinə rəqabət kampaniyası zamanı müsəlmanlar əleyhinə çıxışlar etmişdi və buna görə də ABŞ-da artmaqda olan müsəlmanofob cinayətlər birbaşa Donald Tramp ilə əlaqələndirilir.