İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Misriyyun" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, keçən həftənin bazar günü, Qahirədə xaçpərəst qibtilərin mərkəzi kilsəsində baş vermiş terror partlayışında ölənlərin yas mərasimi Qahirənin şimal bölgəsi olan "Şəbra"da keçirilib.
Şeyx Nəziyyə Mütəvəlli – Şəbra məhəlləsinin qarisi və "Nurul- İslam" məscidinin xətibi və camaat imamı, Əl-Əzhər İslam Mərkəzinin rəsmi geyimini geyinərək çaxpərəstlərin keçirdiyi yas mərasiminə gələrək Quran- Kərimin "Məryəm" surəsindən ayələr tilavət etmişdir.
Sosial şəbəkə istifadəçiləri bu misirli qarinin Qahirənin şimal bölgəsində "qibti məsihi"lərin (xaçpərəstlərin) yas mərasimində Quran tilavəti videosunu sürətlə paylaşıblar və videoçarx istifadəçilər tərəfindən maraqla qarışlanıb.
Şeyx Məhəmməd əş-Şəhat - Misirin "Əl-Əzhər İslam Mərkəzi"nin İslami Tədqiqatlar Birliyinin üzvü, bu məsələyə reaksiya verərək deyib: İslam şəriəti baxımından qeyri- müsəlmanların yas mərasimlərində Quran tilavət etməyin heç bir eybi yoxdur, bu şərtlə ki, həmin mərasimdə Quran-Kərimə hörmətsizlik edilməsin.
O əlavə etdi: Və həmçinin gözəldir ki, qari bu cür mərasimlərdə Quran-Kərimin milli və dini birliyə, insanlığa və dinlərarası sülhə dəvət edən ayələrini tilavət etsin. Və bu məsələ elə İslam dininin göstərişlərindən biridir.
http://iqna.ir/fa/news/3554327