Fransa aviaşirkəti "Air France"dan verilən açıqlamada indiyə qədər ABŞ-a getmək üçün bilet alan və ya köçürmə edən 15 sərnişinin təyyarəyə minməsinin qarşısının alındığı qeyd olunub.
"Air France" səlahiyyətliləri bu sərnişinlərin Trampın barəsində qadağa qərarı qəbul etdiyi 7 ölkənin vətəndaşı olduqlarını, amma birbaşa bu ölkələrdən gəldiyi mənasını daşımadığını qeyd edib.
Açıqlamada uçuşu ləğv edilən sərnişinlərlə hava yolu şirkətinin məşğul olduğu və gəldikləri ünvana geri qayıtmalarını təmin etdiyi vurğulanıb.
"Air France" açıqlamasında qadağaya məruz qalan ölkə vətəndaşlarının uçuşdan öncə elektron poçt və ya qısa mesajla xəbərdar edildiyi bildirilərək, "Bu şəkildə "Air France" hava yolu nəqliyyatını tənzimləyən beynəlxalq qaydaları tətbiq edir və bu qaydalara hörmətlə yanaşır", - deyə diqqətə çatdırıb.
Mənbə: eastnews