IQNA

Minlərlə kanadalının iştirakı ilə Quebek məscidi qurbanlarının dəfn mərasimi keçirildi

8:53 - February 04, 2017
Xəbər sayı: 3481313
Cari ilin Yanvar ayının 29-da Kanadanın "Quebek İslam Mərkəzi"nə edilən terror hücumu nəticəsində ölənlərin cənazələri minlərlə kanadalının iştirakı ilə müşayət və dəfn edildi.

Minlərlə kanadalının iştirakı ilə Quebek məscidi qurbanlarının dəfn mərasimi keçirildi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Yanvar ayının 29-da, Kanadanın "Quebek İslam Mərkəzi"nə (Centre Culturel Islamique de Québec) edilən terror hücumu nəticəsində ölənlərin cənazələri cari həftənin Cüməaxşamı günü, Fevral ayının 2-də minlərlə kanadalının iştirakı ilə müşayət və dəfn edildi.

Kanadalılar dəfn mərasimində iştirak edərək terror qurbanlarının ailələrinə başsağlığı vermiş, dərdlərinə şərik olduqlarını bildirmiş və Kanadada hökm sürən İslamofob atmosferi yaradanlara etirazlarını elan etmişlər.

Bu mərasimdə kanadalı müsəlman və qeyri-müsəlman vətəndaşlarla yanaşı Kanadanın baş naziri Castin Trüdo da (Justin Pierre James Trudeau) iştirak edib.

Terror qurbanlarının cənazələrinin müşayət və dəfn mərasimi beş min nəfərdən çox kanadalının iştirakı ilə Olimpik Montral parkda keçirildi və birbaşa yayımla TV-lərdən yayımlandı.

Qeyd edək ki, cari ilin Yanvar ayının 29-da, həftənin bazar günü, günün ikinci yarısında, şam namazından sonra "Quebek İslam Mərkəzi"nin məscidində İşa namazını qılan müsəlmanlara 3 nəfər silahlı şəxs tərəfindən terror hücumu edilib. Bu hücum zamanı 17 nəfər ağır yaralanmış və 6 nəfər isə canını itirmişdir.

http://www.iqna.ir/fa/news/3569985




Teqlər: iqna ، terror ، kanada ، kuebek ، İslam ، dini mərkəz
captcha