İraq ordusunun Birləşmiş Əməliyyat Qərargahının komandanı bildirib ki, ölkənin şimalında yerləşən Səlahəddin əyalətində keçirilmiş bir sıra əməliyyatlar zamanı onlarla terrorçu məhv edilib.
İraq HHQ-nə məxsus qırıcılar əl-Bəyza rayonuna zərbələr endirərək 15 terrorçunu məhv edib. Öldürülmüş terrorçulardan 10-u kamikadze hücumları törətməyi planlayırmışlar.
Bildirilir ki, İraq HHQ ər-Ruman rayonunda da terrorçuların toplaşma yerinə hücum edib. Nəticədə 1 başçı da daxil olmaqla, 11 terrorçu məhv edilib.
İraq hərbi təyyarələri ölkənin qərbində yerləşən əl-Qaimə də zərbələr endiriblər. Daha 15 terrorçu da burada məhv edilib.
İraq xalq könüllüləri isə ötən gün Təl-Afər şəhərindəki terrorçuların mövqelərinə artilleriya zərbələri endiriblər. Nəticədə 48 terrorçu həlak oldu və yaralandı.
İslamazeri