IQNA

Avropanın İslami mərkəzlərində Kəbə mövludunun milad bayramı

9:34 - April 11, 2017
Xəbər sayı: 3481523
Mövləl-Müvəhhidin, Əmirəl-Möminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək və bərəkətli mövludu münasibətilə dünən gecə Avropanın müxtəlif İslami mərkəzlərində bayram şənlikləri keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mövləl-Müvəhhidin, Əmirəl-Möminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək və bərəkətli mövludu münasibətilə dünən gecə, həftənin birinci günü, 10 Aprel 2017-ci il, Avropanın müxtəlif İslami mərkəzlərində bayram şənlikləri keçirilib.

Mövləl-Müvəhhidin, Əmirəl-Möminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək və bərəkətli mövludu münasibətilə dünən, 10 aprel 2017-ci il, yerli vaxtla saat 19:00-da Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində Əhl-Beyt (ə) aşiqləri mövlud şənliyi keçiriblər.

Bu münasibətlə İsveçin paytaxtı İstikholmun "İmam Əli (ə) İslam Mərkəzi"ndə də yerli vaxtla saat 18:00-da mərasim keçirilib və şiələrin birinci imamı, Mövləl-Müvəhhidin, Əmirəl-Möminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövlud günü qeyd edilibdir. Mərasimdə Quran, şer, qəsidə və nəğmələr oxunub və məclisin natiqi İmam Əlinin (ə) həyatı və şəxsiyyəti barədə söhbət edib. Mərasimin sonunda İslam haqqında mədəni müsabiqə keçirilib və iştirakçılara qiymətli hədiyyələr verilib.

Vyananın "İmam Əli (ə) İslam Mərkəzi"ndə də şiələr və Əhl-Beyt (ə) aşiqləri məğrib və işa namazından sonra İmam Əlinin (ə) mübarək mövludu münasibəti ilə mərasim keçiriliblər.

Finlandiyanın paytaxtı Helsinkinin "Həzrət Fatimə Zəhra (s) İslam Mərkəzi" də yerli vaxtla saat 19:00-da Mövləl-Müvəhhidin, Əmirəl-Möminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövlud gününü qeyd ediblər. Mərasimdə müxtəlif proqramlar icra edilib, o cümlədən Quran, şer, qəsidə və nəğmələr oxunub və natiq çıxış edib.

Bu gün, həftənin ikinci günü, 11 Aprel 2017-ci il, İngiltərənin İslam Mərkəzi də Əhl-Beyti (ə) sevən müsəlmanlara evsahibliyi edəcək və yerli vaxtla saat 18:15-də Mövləl-Müvəhhidin, Əmirəl-Möminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövlud mərasimi keçiriləcəkdir. Bu mərasimdə Höccətul- İslam vəl- müslimin Məhəmməd Səid Bəhmən Pur söhbət edəcək və Hacı Behzad Mövlayi mədhiyyələr oxuyacaqdır.

http://iqna.ir/fa/news/3588725


captcha