IQNA

Quran-Kərimin əlyazma nüsxələri Londonun "Sotbi" hərracında + Foto

9:16 - April 18, 2017
Xəbər sayı: 3481551
Cari ilin Aprel ayının 26-da Quran-Kərimin əlyazma və qədim tarixə malik nüsxələri İngiltərənin paytaxtı London şəhərinin "Sotbi" hərracına çıxarılacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- yəvm əs- sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, cari ilin Aprel ayının 26-da Quran-Kərimin əlyazma və qədim tarixə malik nüsxələri İngiltərənin paytaxtı London şəhərinin "Sotbi" hərracına çıxarılacaqdır.

Londonun "Sotbi" hərrac mərkəzi cari ayın 26-da "İslam Dünyasının İncəsənəti" adlı sərgi keçirəcək və bu sərgidə yüz illər öncəyə aid olan əlyazma Quran- Kərim nüsxələrini hərraca çıxaracaqdır.

Bu sərgidə sözügedən Quran nüsxələrindən əlavə, orta əsirlər dövrünə, yəni 14-cü miladi əsrinə aid dua kitabları, müxtəlif İslami kitablar və Quran ayələri yazılmış səhifələr də hərraca çıxarılacaqdır.

Sərgiyə hərrac üçün çıxarılmış nüsxələrin qiyməti 6 mindən 8 mindək pond civarında dəyərləndirilib.

Qədim farsdilli şairlədən olan Əbdürrəhman Caminin (16-cı miladi əsri) xətti ilə yazılmış digər Quran nüsxəsi də bu sərgidə 2 mindən 3 minədək pond qiymətinə hərrac ediləcəkdir.

"Sotbi" hərracında Türkiyənin 7-ci və 8-ci milad ərsinə aid olan qədim əlyazma nüsxələri də hərraca çıxarılacaqdır ki, bu nüsxələrin də qiyməti 6 mindən 8 mindək pond civarında dəyərləndirilib.

Hərracın ən bahalı əlyazma, nadir və tarixi nüsxələri Osmanlı imperiyası dövründə "Mustafa Zehni"nin xətti ilə 18-ci miladi əsrində yazılmış 20 – 30 min pond qiymət verilmiş Quran nüsxəsi və digəri isə 1124 – cü ildən 1712-ci ilədək tarixi olan İstambul xəttatları tərəfindən yazılmış Quran əlyazmasıdır ki, 180 mindən 250 minədək qiymətə satılacaqdır.

http://iqna.ir/fa/news/3589997

قرآن‌های خطی در مزایده «سوتبی» لندن + عکس

قرآن‌های خطی در مزایده «سوتبی» لندن + عکس

قرآن‌های خطی در مزایده «سوتبی» لندن + عکس

قرآن‌های خطی در مزایده «سوتبی» لندن + عکس

قرآن‌های خطی در مزایده «سوتبی» لندن + عکس


captcha