IQNA

AİP Qadınlar Şurası İmam Rzanın (ə) mövludu ilə bağlı bayram tədbiri keçirib - FOTO

9:42 - August 05, 2017
Xəbər sayı: 3481935
AİP Qadınlar Şurası və Əsgər Analarına Dəstək cəmiyyəti İmam Rza (ə)-ın mövludu münasibəti ilə tədbir keçirib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az"a istinadla verdiyi xəbərə görə, dünən AİP Qadınlar Şurası və Əsgər Analarına Dəstək cəmiyyəti İmam Rza (ə)-ın mövludu münasibəti ilə tədbir keçirib
Tədbiri ilk sözlə AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova açıb. O bildirib ki, İmamətin səkkizinci çırağı İmam Rzanın (ə) mövludu məhz belə ictimai yerdə keçirməlidir. Çünki bu özlüyündə ictimai və əhəmiyyətli hadisədir. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra müqəddəs Qurani-Kərim tilavət olunub.
Növrəstə xanım çıxışı zamanı ibadətin və əməlin insan həyatını necə dəyşdirməsindən bəhs edib. İnsanın həyatında əhəmiyyətli hadisələr zamanı səbir göstərməsini ayrıca vurğulayıb: " Söz vardır ki, təkrarı baş ağrıdar, söz var insanı bezdirər. Allahın xəlq etdiyi insanın iki həyatı var maddi və mənəvi. Necə ki, maddi həyatının sağlamlığını və təhlükəsizliyini təmin edirsə, eləcə də mənəvi dünyasını da mühafizə edər. Vəzifəcə və imtiyazca birindən çəkinərkən, kainatın sahibindən niyə ayıb etməyək ki?!... Bu gün bu tədbirə yığışmağımızın məqsədi budur ki, bu mübarizə ölüm anı gələnə qədər davam edəcək. Hz. Əli(ə) elə şəxsiyyətdir ki, onu bütün dünya tanıyır. Kimlərinsə onu unutdurmaq cəhdləri sadəcə olaraq boş cəhddir. Elə 20 yanvar şəhidləri kimi şəhidlərimiz bu gün bizim fəxrimizdir. Elə aprel şəhidləri də cənnət quşlarıdır. Məgər onlar bu günki səhabələrimiz deyilmi?! Ya da 20 noyabr şəhidlərimiz: İsmət Qayıbov, Məhəmməd Əsədov kimi igidlərimiz səhabələrimiz deyilmi?!...Öz zəmanəsinin İmamını müdafiə etmək budur.
Sonra çıxış edən Zəngilan rayonun Baharlı kəndində doğulmuş general Məhəmməd Əsədovun xanımı Məleykə Əsədovaya verildi. Məleykə xanım dəvət üçün təşəkkür edib, hər kəsin bayramını təbrik etdi. "Allah dünyamızı düz etsin. Allah bu bəlaları ölkəmizin üzərindən uzaq etsin. Həqiqətən Məhəmməd öz vətənin oğlu və ata-ananın layiqli oğlu olub. 26 il keçməyinə baxmayaraq onun adı harada çəkilirsə ona baş əyirlər. Bu xalqın yaddaşında qalan bir qəhrəmandır. O elə bir şəxsiyyətdir ki, bütün qəlblərdə özünə yer tapa bilib. "
Sonra çıxış üçün Rüqəyya Mədəniyət Mərkəzinin rəhbəri Aybəniz Cəfərovaya verildi. Aybəniz xanım çıxışı zamanı qeyd etdi ki, qəlbimiz qan ağlasa da üzümüzün gülməsi alnımıza yazılıb. Biz mümkün qədər zamanımızın qədrini gərək bilək və dəyərləndirək: "Xoş halımıza ki, bu sözləri dilimizə gətirə bilirik. İnsan gərək dərk edə ki, dünyaya gəlməyinin hədəfi nədir. Ona görə də həyatımızdakı çətinlikləri nemət olaraq qəbul etsək bizim üçün üçün məqsədimiz aydın olar. Hədəfimiz məqsədimiz budur ki, İmam Zaman(ə) gəlsə də gəlməsə də biz vəzifəmizin keşiyində duraq onu yaxşıca icra edək. "
Bundan sonra çıxış edən jurnalist Arzu Abdulla bildirdi ki, bizim bu gün də Zeynəblərimiz var. Ümidsiz olmayaq ki, bizim İmam Museyi Kazimlərimiz yoxdur: "Bu gün zindanlarımız həmin insanlarla doludur. Belə aydınlardan həmd olsun ki, məhrum deyilik. Onların bu gün zindanlarda etdiyini insanlar azadlıqda edə bilmirlər. Bu cür insanlar var olduqca Əhli Beyt də yaşayacaq.”
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi. Sonda tədbir iştirakçıları üçün mövlud süfrəsi açıldı .







Teqlər: iqna ، aip ، İmam rza ، mövlud
captcha