IQNA

Şərqi Asiya müsəlmanları yeni "hicab" modelini maraqla qarşıladılar + FOTO

0:46 - September 02, 2017
Xəbər sayı: 3482075
"HİCAB"ın (dini təsəttür və örtük) yeni bir modeli Asiyanın cənub-şərqi və şərqindəki ölkələrdə müsəlman xanımlar tərəfindən müsbət qarşılanıb və çoxlu tərəfdar qazanıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "HİCAB"ın (dini təsəttür və örtük) yeni bir modeli Asiyanın cənub-şərqi və şərqindəki ölkələrdə müsəlman xanımlar tərəfindən müsbət qarşılanıb və çoxlu tərəfdar qazanıb.

Yeni modelin müəllifi Asiyanın cənub-şərqində yerləşən kiçik və əlbəttə varlı İslam ölkəsi "Brunei" şahzadələrinə aid bir şirkətdir.

Brunei ölkəsi gaz və neft ixracı ilə dünya bazarında məşhur olsa da, bu günlərdə əsasən bu dövlətin hakimiyyət sülaləsinə aid bir üzvün dini örtük bazarına təqdim etdiyi yeni "hicab" modelinə görə məşhurdur.

Bruneinin vəliəhdinin həyat yoldaşı mələkə Sara xanım həm də dini libas sahəsində fəaliyyət göstərir, özü də geyim modu və dizaynı ilə məşğul olan modelyerdir ki, son günlərdə özünün yeni markasını hicab bazarına təqdim etmiş və bu yeni model hicab müsəlman xanımlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Xüsusi dini geyim və baş örtükləri olan yeni hicab modelinin əsas özəlliyi bu modellərdə şad və müxtəlif gözəl rənglərdən istifadə edilməsidir. Bu modeldə şad və gözəl rənglərdən istifadə edilməsi ilə yanaşı həm də müsəlman xanımın istədiyi tam dini örtüyün əldə edilməsi, yeni modelinin tərəfdarlarının sayını çoxaldıb.

Aşağıdakı şəkillərdə Bruneinin vəliəhdinin həyat yoldaşı mələkə Sara xanımın təqdim etdiyi hicab modelini müşahidə edə bilərsiniz.

http://www.iqna.ir/fa/news/3636773








Teqlər: iqna ، hicab ، brunei hicab modeli
captcha