İQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü, müxtəlif dinlərin davamçıları bir araya gələrək Amerikda tüğyan edən irqçilik bəlasına qarşı ümumi etiraz yürüşü həyata keçirdilər.
Müxtəlif dinlər və millətlərdən olan beş yüz nəfərin iştirak etdiyi bu aksiya ilk dəfə olaraq Amerikanın Los-Ancilse əyalətinin "San Fernando Valley" şəhərində dinlər və millətlər arasında həmrəylik və irqçilik əleyhinə mübarizə hədəfi ilə keçirildi.
Bu aksiyada iştirak edənlərin müştərək hədəfləri olduğu əllərinə götürdükləri plakardlardan da anlamaq olurdu. Aksiyaçılar əllərində irqçilik əleyhinə sözlər yazılan, məzhəblərini və millətlərini təmsil edən plakardlar götürmüşdülər. Bəzi plakardlarda da miqrantları dəstəkləyən sözlər yazılmışdı. Plakardların əsas mövzusu isə ABŞ-da radikallar tərəfindən irqçilik zəminində törədilən cinayətlərə etiraz idi.
İrqçiliyə etiraz aksiyasında etiraz edənlər vurğuladılar ki, dini cəmiyyətlər dünyada ədalət, vəhdət və sülhün bərqərar olması üçün bir-birinin yanında olmalıdırlar və bu aksiya bu məsələni dünyaya çatdırmaq üçün ən gözəl füsrət oldu.
http://www.iqna.ir/fa/news/3640639