IQNA

ABŞ MKİ rəhbərinin Qasım Süleymaniyə göndərdiyi məktubun təfərrüatları bəlli oldu

19:31 - December 03, 2017
Xəbər sayı: 3482464
CIA rəhbəri Mark Pompeonun Suriyanın Əbu Kamal şəhəri azad edilərkən SEPAH-ın Qüds qüvvələrinin komandiri general-leytenant Qasım Süleymaniyə göndərdiyi məktubun təfərrüatları bəlli olub.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Mark Pompeonun Suriyanın Əbu Kamal şəhəri azad edilərkən İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri general-leytenant Qasım Süleymaniyə göndərdiyi məktubun təfərrüatları bəlli olub.   
Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Mark Pompeo dünən Cənubi Kaliforniyanada keçirilən Riqan Milli Müdafiə Forumunda danışıb. Mark Pompeo iranlı general Qasım Süleymaniyə məktub göndərdiyini təsdiqləyib və məktubun məzmunu barədə jurnalistlərə açıqlama verib.   
Pompeo, Qasım Süleymaninin almaqdan imtina edərək, "Bizim danışılacaq ortaq söhbətimiz yoxdur" , - deyə reaksiya verdiyi məktubda Süleymaninin İraqdakı ABŞ əsgərləri barədə xəbərdarlıq edildiyini diqqətə çatdırıb.   
Onun sözlərinə əsasən, məktubda İraqdakı ABŞ əsgərlərinə hər hansı hücum ediləcəyi təqdirdə İranın məsul tutulacağı qeyd olunub. Kəşfiyyat rəhbəri Süleymaninin məktubu qəbul etməməsinə görə narahat olmadıqlarını da sözlərinə əlavə edib.   
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəsəmi "Twitter" hesabında da məsələ təsdiqlənib və "ABŞ əsgərləri İraq hökumətinə dəstək üçün oradadırlar və məktub İran tərəfindən təhdidedici vəziyyətlər səbəbiylə göndərildi" , - deyə qeyd olunub.   
Xatırladaq ki, Qasım Süleymaniyə məktub göndərilməsi barədə dekabrın 1-də İranın ali dini liderinin baş qərargah rəisi Ayətullah Məhəmməd Gülpayqani danışıb.   
O bildirib ki, Qasım Süleymani Suriyanı Əbu Kamal şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatlarına başçılıq edərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bölgədəki vasitəçisi ona Mark Pompeonun məktubunu təqdim edib.      
Ayətullah Gülpayqani Qasım Sülyemaninin məktubu almaqdan imtina edərək, "Bizim danışılacaq ortaq söhbətimiz yoxdur" , - deyə söylədiyini bildirib.     
Ayətullah Gülpayqani Qasım Sülyemanini tərif edərək, onun İslam İnqilabının məhsulu olduğunu diqqətə çatdırıb. 
/eastnews.org/
Teqlər: iqna ، qasim süleymani ، cİa
captcha