IQNA

Səudiyyənin müftisi Cümə namazında siyasi söz demək barədə xəbərdarlıq etdi

0:19 - December 30, 2017
Xəbər sayı: 3482570
Təkfirçi və terrorçu qruplaşmların himayədarı olan Səudiyyə Ərəbistanın sələfi -vəhabi müftisi Cümə namazlarında siyasi sözlər danışan xətiblərə xəbərdarlıq etdi.

Səudiyyənin müftisi Cümə namazında siyasi söz demək barədə xəbərdarlıq etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Ərəbi211” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, təkfirçi və terrorçu qruplaşmların himayədarı olan və işğalçı sionist rejiminin nökərçiliyini edən Səudiyyə Ərəbistanın sələfi -vəhabi müftisi Cümə namazlarında siyasi sözlər danışan xətiblərə xəbərdarlıq edib.

Əbdül-Əziz ibn Abdullah Ali- Şeyx (Səudiyyə Ərəbistanın sələfi -vəhabi müftisi) Səudiyyə Ərəbistanın “Ükaz” qəzeti ilə müsahibəsində bu dövlətin Cümə namazı xətiblərinə siyasiş çıxışlar etmələri barədə xəbərdarlıq edərək deyib ki, xətiblər Cümə namazlarının xütbələrində siyasi söhbətlər etməsinlər və mətbuatda verilən xəbərləri xütbələrdə təhlil və analiz etməkdən çəkinsinlər.

Səudiyyə Ərəbistanın sələfi -vəhabi müftisi bu xəbərdarlıq barədə açıqlama verərək dedi: Cümə namazı xütbələri təkcə camaatı moziə etmək və onları Allahın itaət və ibadətinə həvəsləndirmək, xətiblər xütbələrdə namazqılanları namaza, zəkata, oruca, həccə, valideynə yaxşılığa, yalan və xəyanətdən uzaq durmağa dəvət etmək və insanlara cəmiyyətin müşküllərini Quran və Sünnə əsasında həll etməyi öyrətmək üçündür. Və bu mövzulardan kənara çıxmaq Cümə namazının hədəflərindən uzaqlaşmaq deməkdir.

Qeyd edək ki, təkfirçi və terrorçu qruplaşmların himayədarı olan və işğalçı sionist rejiminin nökərçiliyini edən Səudiyyə Ərəbistanın sələfi -vəhabi müftisi bundan öncə də demişdi ki, İsrail ilə müharibə etmək haramdır və onun bu sözü social şəbəklərdə geniş etirazlar doğurmuşdu.

http://iqna.ir/fa/news/3677315  

Teqlər: iqna ، vəhabi ، müfti ، cümə ، xütbə ، siyasi
captcha