IQNA

Əlcəzair festivalında “ruhingiyalı müsəlmanların faciəsi” adlı sənədli film

8:16 - March 10, 2018
Xəbər sayı: 3482883
Əlcəzairin üçüncü beynəlxalq kino festivalında “ruhingiyalı müsəlmanların faciəsi” adlı sənədli film nümayiş ediləcək.

Əlcəzair festivalında “ruhingiyalı müsəlmanların faciəsi” adlı sənədli filmİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “arakan” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzairin üçüncü beynəlxalq kino festivalında “ruhingiyalı müsəlmanların faciəsi” adlı sənədli film nümayiş ediləcək.

Myanma müsəlmanlarının həyat faciəsini nümayiş edən “LE VÉNÉRABLE W” adlı sənədli film Əlcəzayirin sahil şəhəri olan Ənabədə keçiriləcək “Aralıq dənizi ölkələrinin üçüncü kino festivalı”nda ekran olunacaqdır.

Tanınmış rejissoruların birgə əməkdaşlığı və həmkarlığı ilə hazırlanmış bu sənədli filmin əsas rejissoru Barberit Şruderdir.

Əlcəzayirin sahil şəhəri olan Ənabədə keçiriləcək “Aralıq dənizi ölkələrinin üçüncü kino festivalı” cari ilin Mart ayının 20-dən 27-dək keçiriləcəkdir və bu festivalda 65 film ekran olunacaqdır.

Festivalın haşiyəsində “ruhingiyalı müsəlmanların faciəsi” sənədli filminin rejissoru Barberit Şruderin, xarici ölkələrin və Əlcəzayirin medid nümayəndələrinin iştirakı ilə “Raxinlilərlə həmrəylik” adlı xüsusi proqram təşkil ediləcəkdir.

Əlcəzayirin sahil şəhəri olan Ənabədə keçirilən kino festivalı beynəlxalq kino festivalıdır. Aralıq dənizi ölkələrinin çoxu bu festivalda iştirak edir. Və təkcə sionist rekimi olan İsrailin bu festivalda iştirak etmək hüququ yoxdur.  

http://iqna.ir/fa/news/3698272

captcha