IQNA

Trinidad və Tobaqoda müsəlmanların ictimai rolu

23:55 - May 02, 2018
Xəbər sayı: 3483115
Trinidad və Tobaqoda adaları ölkəsində müsəlmanların cəmiyyətin iqtisadi, siyasi və sosial inkişafında dərin və əhəmiyyətli təsiri vardır.

Trinidad və Tobaqoda müsəlmanların ictimai roluİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, araşdırmaların nəticələri göstərir ki, Trinidad və Tobaqoda adaları ölkəsində müsəlmanların cəmiyyətin iqtisadi, siyasi və sosial inkişafında dərin və əhəmiyyətli təsiri vardır.

Trinidad və Tobaqoda respublikasının müsəlmanları iki adadan ibarət olan bu ölkədə yaşayan cəmiyyətin təkcə 8%-ni təşkil etməsinə baxmayaraq, ölkənin siyasi, sosial, mədəni və iqtisadi inkişafında geniş təsirə malik rol ifa edirlər.

Bu ölkənin müsəlmanlarının çoxu Hind irqindəndir. Onların bu ölkədə 115 məscidi və 14 İslam mərkəzi və mədrəsəsi vardır. Müsəlmanlar bu elm və ibadət ocaqları vasitəsi ilə insanlar arasında geniş maarifləndirmə işləri aparırlar.

Trinidad və Tobaqoda respublikasında dövlət müsəlmanların məzhəbi və dini ayinlərinin keçiriləməsinə hörmətlə yanaşır. Xüsusi ilə də Ramazan bayramını rəsmi tətil elan etmişdir.

Qeyd edək ki, Trinidad və Tobaqoda respublikası Cənubi Amerikanın şimalında yerləşən Karayib dənizində yerləşən iki adadan ibarət bir ölkədir ki, 1962-ci ildə Britaniyadan ayrılaraq müstəqil elan edilmişdir.

http://iqna.ir/fa/news/3711108

captcha