IQNA

Qətərdə "Katara mükfatı Quran yarışları"na qeydiyyat başlayır

13:24 - August 01, 2018
Xəbər sayı: 3483577
Qətərin "Katara Mədəniyyət Müəssisəsi" hər il Ramazan ayında keçirilən Qurani-Kərim yarışların 3-cü turu üçün qeydiyyata başlayıb.

Qətərdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin "Katara Mədəniyyət Müəssisəsi" hər il Ramazan ayında keçirilən Qurani-Kərim yarışların 3-cü turu üçün qeydiyyata başlayıb.

Qətərin "Katara Mədəniyyət Müəssisəsi"nin təşkil etdiyi "Katara mükfatı Quran yarışları"nın 3-cü turuna qeydiyyat "səslərinizi Quranla gözəlləşdirin" şüarı ilə bu gündən, yəni 2018-ci ilin Avqust ayının birindən başlayır və Senytabr ayının 30-dək davam edəcəkdir.

Bu yarışlarda iştirak etməyin şərtləri və qaydaları "Katara mükfatı Quran yarışları"nın rəsmi informasiya portalında (www.kataraquran.com) yerləşdirilmişdir.

Saytda göstərilən şərtlərdən bəziləri bunlardır:

Yarış təkcə kişilərə aiddir;

Yarışda iştirak edənlərin yaşı 18-dən az olmamalıdır;

Yarışda iştirak edənlər Quranın peşəkar qiraətini, təcvid qaydalarını bilməlidir;

Bu yarışlarda xətiblər, məscid imamları, dini elm müəllimləri iştirak edə bilməzlər.

Öncəki turlarda iştirak edənlər bu turda iştirak edə bilməzlər;

Yarışda qeydiyyatdan keçənlər radio və televiziyada yayımlanmış audio və videoqiraətlərini yarışa göndərə bilməzlər.

Yarışlara seçim audio və video yazıların göndərilməsi ilədir, amma əsas yarışlarda iştirak edən 100 nəfər birbaşa hakimlər qarşısında qiraət edəcəklər və final yarışlara vəsiqə qazanacaqlar. Seçim mərhələsinin qalibləri (25 nəfər) ikinci mərhələdə beş gün yarışacaqlar. Onların da arasından beş nəfər finala çıxaraq yarışlarda 1-dən 5-dək yerləri məlum edəcəklər.         

Qeyd edək ki, bu yarışların ikinci turu cari ilin mübarək Ramazan ayında keçirilmişdi. Həmin yarışlarda iştirak etmək 37-si qeyri-Ərəb ölkəsi olmaqla 56 ölkədən 1459 nəfər qeydiyyatdan keçmişdi. Qeydiyyatdan keçənlərin arasında 100 nəfər yarışlarda iştirak etmək üçün seçilmişdi.     http://iqna.ir/fa/news/3734759  

captcha