İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Ohayo əyalətinin Toledo şəhərində bir qrup müsəlman həkim xəstələrə pulsuz xidmət göstərən klinika təsis edib.
“Fulton County” kilinikasının həkimi Sulaiman Abawi deyir ki, cəmiyyətdə yoxsul təbəqənin müalicəsini təmin etmək üçün bir qrup həkim bu qərara gəldik ki, pulsuz xidmət göstərən klinikanı təsis edək.
Klinika könüllü həkim və tibb işçiləri briqadası tərəfindən idarə olunur. Burada sığortası olmayan xəstələrə tibbi xidmət göstərilir.
Klinika şənbə günləri 9-dan 1-dək fəaliyyət göstərir və burada daha çox diabet və qan təzyiqindən əziyyət çəkən xəstələrə xidmət göstərilir.