IQNA

Almaniya "din və urbanizasiya" elmi tədqiqatı üçün büdcə ayırdı

23:22 - March 30, 2019
Xəbər sayı: 3484906
Almaniyanın "Maks Viber Elm Mərkəzi" "din və urbanizasiya" (şəhərlərin cəmiyyətin inkişafında və mədəniləşməsində rolu) mövzusunda aparılacaq elmi tədqiqat üçün büdcə ayırdı.

Almaniya İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın "Maks Viber Elm Mərkəzi" "din və urbanizasiya" (şəhərlərin cəmiyyətin inkişafında və mədəniləşməsində rolu) mövzusunda aparılacaq elmi tədqiqat üçün büdcə ayırdı.

Almaniyanın Erfurt universitetinin "Maks Viber Elm Mərkəzi" "Mədəni və İctimai Araşdırmalar"ın inkişafı üçün bu mövzuda araşdırma aparacaq tədqiqatçılara araşdırmaq üçün lazım olan vəsaiti ödəyəcək.

Erfurt universitetinin "Maks Viber Elm Mərkəzi" "din və urbanizasiya" (şəhərlərin cəmiyyətin inkişafında və mədəniləşməsində rolu) mövzusunda aparılacaq elmi tədqiqat üçün ayırdığı büdcə cari ilin Sentyabr ayında araşdırmaçılara təhvil veriləcək.

Bu layihədə humanitar elmlər, cəmiyyətşünaslıq, şəhərlərin məzhəbi tarixi, ümumi tarix və dinlər tarixində ixtisası olanlar Erfurt şəhərində yaşamaq, Alman və İngilis dillərini bilmək şərti ilə iştirak edə bilərlər.

http://iqna.ir/fa/news/3800350

captcha