IQNA

İİR-nın 36-cı Beynəlxalq Quran Yarışları başa çatdı – Foto

6:46 - April 15, 2019
Xəbər sayı: 3484990
İranın Qurani-Kərim yarışları Aprelin 10-dan 14-dək İmam Xomeyni (r.ə) müsəllasında keçirildi. Bu yarışlar xanımlar, dini tələbələr və görmə qüsuru olanlar arasında Quran yarışlarını ehtiva edir.   

İİR-nın 36-cı Beynəlxalq Quran Yarışları başa çatdı – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 36-cı Beynəlxalq Qurani-Kərim Yarışları dünən, həftənin Bazar günü, 14 Aprel 2019-cu il başa çatıb.

Yarışların yekun mərasimi dünən (14 Aprel) günün ikinci yarısında, Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirildi.

Yekun mərasimində İran İslam Respublikasının nüfuzlu siyasi, ictimai, mədəni, elmi və dini xadimləri iştirak etdilər. O cümlədən Tehranın Cümə xətibi Höccətul-İslam vəl-müslimin Siddiqi, İİR-nın Xeyriyyə İşləri və İslam Fondu Təşkilatının rəisi Höccətul-İslam vəl-müslimin Xamuşi, İİR-nın Universitet Cihadı Təşkilatının rəisi Seyid Həmidrza Təyyibi, İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət idarəsinin rəisi ƏbdüHadi Fiqhizadə, İranın məşhur dini siması Höccətul-İslam vəl-müslimin Hüseyn Ənsariyan, İran İslam Respublikasının Milli Məclisinin deputatları: Əli Mütəhhəri, Məsud Pezeşkian, Nəsrullah Pejmanfər, Əlauddin Brucerdi və Zəhra Səidi Mübarəkə və digər dövləti və qeyri-dövləti, dini və qeyri-dini qrum və təşkilatların nümayəndələri.

Yekun mərasimi İran İslam Respublikasının milli himinin çalınması ilə başlayıb və Qurani-Kərimin qiraəti ilə davam etdi. Daha sonra yarışların keçirilməsi, yarışlara hazırlıq mərhələləri, qaliblərin mükafatlandırılması və Ayətullah Üzma Seyyid Əli Xameneinin çıxışını ehtiva edən videoklip iki mərhələdə nümayiş edildi.

Video nümayişindən sonra tələbə qızlar və oğlanların Quran hifzi və qiraəti yarışlarının qalibləri mükafatlandırıldı.

Klipin ikinci mərhələsinin nümayişindən sonra isə görmə qüsuru olan əlillər arasında keçirilən yarışların qalibləri elan edildi və hədiyyələri verildi.

Şərqi Azərbaycan və Mazandaranın dini nəğmə qruplarının (Tariq və Beheşt qrupları) sürud icrasından sonra Qurani-Kərimin hifzi və qiraəti üzrə yarışların 36-cı turunun qalibləri mükafatlandırıldı.

Qeyd edək ki, İran İslam Respublikasının 36-cı beynəlxalq Qurani-Kərim yarışları Aprel ayının 10-dan 14-dək Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirildi. Bu yarışlar xanımlar arasında Quran yarışları, dini tələbələr arasında Quran yarışları və görmə qüsuru olanlar arasında Quran yarışları kimi müxtəlif kateqoriyaları ehtiva edir.   

http://iqna.ir/fa/news/3803754

آیین اختتامیه سی‌وششمین دوره مسابقات بین‌المللی قرآن برگزار شد

آیین اختتامیه سی‌وششمین دوره مسابقات بین‌المللی قرآن برگزار شد

آیین اختتامیه سی‌وششمین دوره مسابقات بین‌المللی قرآن برگزار شد

آیین اختتامیه سی‌وششمین دوره مسابقات بین‌المللی قرآن برگزار شد

آیین اختتامیه سی‌وششمین دوره مسابقات بین‌المللی قرآن برگزار شد

captcha