IQNA

Dubay Mükafatı Quran Yarışlarında 90 ölkə iştirak edəcək

9:14 - April 27, 2019
Xəbər sayı: 3485040
"23-cü Dubay Mükafatı Qurani-Kərim Yarışları"n mətbuat konfransı yarışların keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlhə və komitə rəisinin müavini Səid Haribin iştirakı ilə keçirilib.

Dünyanın 90 ölkəsi BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) "Dubay Mükafatı Qurani-Kərim Yarışları"nda iştirak etməyə hazır olduqlarını elan ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BƏƏ-nin rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, "23-cü Dubay Mükafatı Qurani-Kərim Yarışları"n mətbuat konfransı yarışların keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlhə və komitə rəisinin müavini Səid Haribin iştirakı ilə keçirilib.

"23-cü Dubay Mükafatı Qurani-Kərim Yarışları"n mətbuat konfransı yarışların keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlhə deyib: Yarışlar hər ildə olduğunun ki, mübarək Ramazan ayının ikinci ongünlüyündə başlayırdı, əksinə olaraq bu il Ramazan ayının 2-də başlayacaq və 14-dək davam edəcəkdir.

Dubay valisinin mədəni işlər üzrə müşaviri əlavə edib: İndiyədək bu yarışlarda 90 ölkə iştirak edəcəyini elan edib və qarşıdakı günlərdə iştirak edəcək ölkələrin sayının yüzə çatacağı ehtimal edilir.  

İbrahim Məhəmməd Buməlhə yarışların hakimlər heyətinin üzvləri barədə deyib: Yarışlara Misrdən Əbdülkərim İbrahim Saleh, Səudiyyədən Əmin İdris Fəlatə, BƏƏ-dən Salim Məhəmməd Dubi, Əlcəzayirdən Əbdülhadi Ləaqib, Liviyadan İbrahim Məhəmməd Kəşidan və Burikinafasodan Məani Şeyx Həsən Ğənsuri hakimlik edəcəklər.  

http://iqna.ir/fa/news/3806500

captcha