IQNA

İraqın Təhlükəsizlik Qüvvələrinin illik Quran məclisi keçirildi

0:18 - April 30, 2019
Xəbər sayı: 3485058
İraqın silahlı qüvvələri, təhlükəsizlik işçiləri, müdafiə nazirliyinin personalı, daxili işlər nazirliyinin təhlükəsizlik qüvvələri və Həşdi-Şəəbi cavanlarının iştirakı ilə Quranla üns məclisi keçirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran idarəsi İraqın silahlı qüvvələri, təhlükəsizlik qüvvələri, müdafiə nazirliyinin personalı, daxili işlər nazirliyinin təhlükəsizlik qüvvələri və Həşdi-Şəəbi cavanlarının iştirakı ilə Quranla üns məclisi keçirib.

İmam Hüseyn (ə) ziyarətgahının informasiya portalının verdiyi məlumata əsasən, bu ziyarətgahın nəzdində fəaliyyət göstərən Darul-Quran idarəsinin məsulu Səfa Silavi bu barədə deyib: Ziyarətgahın Quran idarəsi tərəfindən keçirilən beşinci Quranla üns məclisində İraqın müdafiə nazirliyi, daxili işlər nazirliyi və Həşdi-Şəəbi qüvvələri izdihamlı iştirak ediblər.

O vurğulayıb: Təhlükəsizlik işçiləri və Hərbi qüvvələrin iştirakı ilə keçirilən Quranla üns məclisi Darul-Quranın mühüm fəaliyyətlərindən biridir və davamlı olaraq ildə bir dəfə, müdafiə fətvalarının verilməsi günləri ilə eyni zamanda təşkil edilir.

Məclisdə iştirak edən daxili işlər nazirliyinin və Bağdad əməliyyatının sözçüsü Səəd Muin deyib: Təhlükəsizlik qüvvələri və Həşd-Şəəbinin mübarək "Müdafiə Fətvası"nın ildönümündə bu Quran məclisində və İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında iştirak etməsinin çoxlu mesajları var və həmçinin İraqda təhlükəsizliyin yaradılmasının və İŞİD-in məhv edilməsinin mesajını çatdırır.  

http://iqna.ir/fa/news/3807458

برگزاری پنجمین محفل سالانه قرآنی آستان مقدس حسینی (ع)برگزاری پنجمین محفل سالانه قرآنی آستان مقدس حسینی (ع)برگزاری پنجمین محفل سالانه قرآنی آستان مقدس حسینی (ع)برگزاری پنجمین محفل سالانه قرآنی آستان مقدس حسینی (ع)

Teqlər: iqna ، quran ، İraq ، ziyarətgah
captcha