IQNA

Hindistanda Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiya keçirilib

23:03 - July 27, 2019
Xəbər sayı: 3485588
Cümə günü Hindistanın Yeni Dehli şəhərində Nigeriyanın  səfirliyi qarşısında Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyası keçirilib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin Cümə günü, 26 İyul 2019-cu il, Hindistanın Yeni Dehli şəhərində Nigeriyanın  səfirliyi qarşısında Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyası keçirilib. 
Etirazçılar  müxtəlif şüarlar səsləndirərək Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin  uzun müddət  həbsdə saxlanılmasını, ona işkəncə verilməsini pilsəyib, sağlamlığının təhlükə altında olduğunu və Şeyx Zəkzakinin dərhal azadlığa buraxılmasını tələb ediblər. 
Etirazçılar  “Nigeriya dövlətinə ölüm”,  “Şeyx Zəkzaki tez azad olunsun”,  “Şeyx Zəkzaki xalqın xidmətçisidir”  və  “Şeyx Zəkzakini  dəstəkləyirik” kimi şüarlar səsləndirib. 
Dehlidən başqa Hindistanın Kəşmir və Kargil bölgələrində də Şeyx Zəkzakinin  azadlğı tələbi ilə etiraz aksiyası keçirilib. 
captcha