IQNA

Hollandiyada islamofobiya ilə mübarizə üçün Azan səsinin yayılmasına icazə verildi

8:36 - October 23, 2019
Xəbər sayı: 3486013
Hollandiyanın Amsterdam şəhərinin Nyu-Vest bölgəsindəki Sultan Əhməd məscidinin yerləşdiyi küçədə azan səslənməsinə icazə verilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Hollandiyanın Amsterdam şəhərinin Nyu-Vest bölgəsindəki Sultan Əhməd məscidinin yerləşdiyi küçədə azan səslənməsinə icazə verilib.

Hollandiyanın Amsterdam şəhərinin Nyu-Vest bölgəsindəki Sultan Əhməd məscidinin yerləşdiyi küçədə bir neçə yerdə səsgücləndiricilər yerləşdirilib.

Azan səsi hələlik sadəcə cümə günləri səsgücləndiricilər vasitəsilə veriləcək. Həmin bölgədə yaşayan digər dinin mənsubları da bu qərara qarşı çıxmayıblar.

Bu qərarın icrasına Noyabrda başlanılması gözlənilir. Bu addımın hədəfi isə cəmiyyətdə yayılmış islamofobiya və irqçilik ilə mübarizə və insanları İslam dini ilə tanış etməkdir.

https://iqna.ir/fa/news/3851787

Teqlər: azan ، islamofobiya ، amsterdam ، hollandiya ، iqna
captcha