IQNA

Səud koalisiyasının qırıcıları bir sutka ərzində Yəmənə qarşı 170 hücum keçiriblər

18:35 - October 24, 2019
Xəbər sayı: 3486017
Yəmən Silahlı Qüvvələrinin sözçüsü dünən gecə təcavüzkar səud koalisiyası qırıcılarının Yəmənin şimal bölgələrinə qarşı geniş hücumlarından xəbər verib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Yəhya əl-Sərii bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları ötən sutka ərzində 170 dəfədən çox Yəmənin şimalında yerləşən Səədə və şimal-qərbində yerləşən Həccə əyalətlərini bombalayıblar.

Yəhya əl-Səriinin sözlərinə görə, bu hücumlarda onlarla yəmənli mülki ölüb və yaralanıbdır.

captcha