IQNA

İngiltərədə yeniyetmə müsəlman yazarlar mükafatlandırılıb

23:09 - December 03, 2019
Xəbər sayı: 3486247
Mərasimin keçirilməsinin hədəfi gənc yazarları təşviq etmək, fərqlənənləri mükafatlandırmaq, yeniyetmələr arasında parlaq istedadları tanıtdırmaq və bacarıqlarını inkişaf etdirmək üçün zəmin yaratmaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin London şəhərində yeniyetmə müsəlman yazarların mükafatlandırılması mərasimi keçirilib.

Bu mərasim İngiltərəənin İslami Xeyriyyə Fondu və "Müslim Hindiz" müəssisəsinin həmkarlığı ilə təşkil edilib.

Mərasimin keçirilməsinin hədəfi gənc yazarları təşviq etmək, fərqlənənləri mükafatlandırmaq, yeniyetmələr arasında parlaq istedadları tanıtdırmaq və onlara bacarıqlarını inkişaf etdirmək üçün zəmin yaratmaqdır.

İngiltərənin London şəhərində yeniyetmə müsəlman yazarların mükafatlandırılması mərasiminə 4 min orta məktəbin 5-16 yaş arası müsəlman şagirdləri qatılıb.

https://iqna.ir/fa/news/3861084

captcha