IQNA

Dehli müsəlmanları baş nazirin istefasını tələb etdilər

23:20 - December 20, 2019
Xəbər sayı: 3486340
Hindistanın Dehli şəhəri Came məscidində Cümə namazı qılan müsəlmanlar namazdan sonra bu ölkənin baş naziri Narindra Mudinin əleyhinə etiraz aksiyası keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Dehli şəhəri Came məscidində Cümə namazı qılan müsəlmanlar namazdan sonra bu ölkənin baş naziri Narindra Mudinin əleyhinə etiraz aksiyası keçiriblər.

Dehlinin tarixi və qədim Came məscidində Cümə namazı qılan müsəlmanlar etiraz yürüşündə iştirak edənlər Narindra Mudinin istefasını tələb ediblər.

Qeyd edək ki, Hindistanda yeni vətəndaşlıq qanununa etiraz aksiyalarında indiyədək doqquz nəfər həlak olub. Etiraz aksiyaları genişlənən şəhərlərdə internet əlaqələri kəsilib. Bəzi şəhərlərdə isə komendant saatı icra edilib.

Hindistanın yeni vətəndaşlıq qanununa əsasən bu ölkəyə mühacirət edən miqrant müsəlmanlar Hindistan vətəndaşlığının imtiyazlarından faydalana bilərlər, amma yerli müsəlmanlar isə bu hüquqlardan məhrum edilirlər.

https://iqna.ir/fa/news/3865436

captcha