IQNA

Nəsrullah: Genaralın intiqamını almaq müqavimətin məmuriyyətidir

22:45 - January 03, 2020
Xəbər sayı: 3486407
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah şəhadəti, general-leytenant Qasem Süleymaninin son hədəfi adlandırıb və deyib: Bu əzəmətli şəhadətə və aqibətə qibtə edirəm.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah şəhadəti, general-leytenant Qasem Süleymaninin son hədəfi adlandırıb və deyib: Bu əzəmətli şəhadətə və aqibətə qibtə edirəm.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah bir bəyanatda general-leytenant pasdar Qasem Soleymaninin terroru və şəhid edilməsi xəbərinə reaksiyada bildirib: Biz Şəhid Soleymaninin yolunu təkmilləşdirəcək, məqsədlərini həyata keçirəcək və bayrağını bütün meydanlarda dalağalandıracağıq.

Livan Hizbullahının baş katibi ədalətli qisası müqavimətin tapşırığı adlandırıb və deyib ki, mübarizlərin qatillərinin ədalətli surətdə qisas edilmələri müqavimətin məsuliyyəti, əmanəti və tapşırığıdır.

O, amerikalılar barədə də belə deyib: Amerikalı qatillər bu böyük cinayətlə özlərinin heç bir hədəflərinə çatmayacaqlar, amma Hacı Qasimin hədəfləri onun əzəmətli ruhu və qanına görə, müqavimətdən olan qardaşları və övladlarının əlləri ilə həyata keçəcəkdir.

General-leytenant pasdar Qasem Soleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edildi.

https://iqna.ir/fa/news/3868552

captcha