İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın “The New York Times” qəzeti dünənki sayında (6 Yanvar 2020) İranın Məşhəd və Əhvaz şəhərlərində Şəhid General-leytenant Qasim Süleymaninin cənazəsi ilə keçirilən əzəmətli vida mərasimindən yazdıb.
Qəzet yazır:
İranın Əhvaz və Məşhər şəhərlərində Amerikanın əli ilə Bağdad hava limanında terror edilən Şəhid Qasim Süleymaninin cənazəsi ilə vida mərasimində siyasi, etnik və məzhəbi kimliyindən asılı olmayaraq hamı iştirak edirdi.
Tanınmış Generalın terror edilməsi onların hamısını qəzəbləndirib.
Bazar günü Generalın cənazəsini on minlərlə İraqlı bu ölkənin dörd şəhərində müşayət etdilər. Mərasim boyunca şiəliyin bütün əzadarlıq simvolları təsvir edilmişdi.
Əhvaz şəhərinin əsas küçələri və Karun çayı üzərində olan körpü cəmiyyətlə dolu idi. Ümumlikdə 30 km ərazidə insan izdihamı var idi. Cəmiyyət qara bayraqlar, Qasim Süleymaninin fotolarını daşıyır və sinə vuraraq əzadarlıq edirdilər.
Bütün İranlılar, hətta dövlətin müxalifləri bu hadisədən əsəbidirlər. Bu hadisə onların milli qürurunu yaralayıb. Bu məsələ onları yürüşlərdə həmrəy edib.
İranlılar üçün General Qasim Süleymani onları İŞİD kimi terrorçuların, Amerika və İsrailin təhdidləri qarşısında qoruyan şəxs idi.