İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kirmanda şəhid Süleymaninin dəfn mərasimi təxirə salınıb. Bunu dəfn mərasiminin təşkilatçı komitəsinin sədri Mehdi Siddiqi deyib.
O bildirib ki, dəfn mərasimində izdiham həddən artıq olduğu üçün mərasimdə iştirak edən şəxslərdən bir neçəsi həyatını itirib və bir necəsi yaralanıb.
"İzdiham o qədərdir ki, dəfn mümkin olmayıb, təxirə salınıb. Mərasim başqa vaxtda təşkil olunacaq."
Qeyd edək ki, ilkin məlumata görə, İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər və 200 nəfər civarında yaralananlar var.
İranın Səhiyyə Naziri Səid Nəməki şəxsən hadisə yerindədir. O açıqlamasında bildirib ki, mərasimə gələn bəzi uşaqlar və qocalar insan tıxacında sıxılıb və ciddi xəsarət alıblar. Yaralılar xəstənada yerləşdirilib. Ölənlərin sayı barə dəqiq məlumat yoxdur.
https://kerman.iqna.ir/fa/news/3869821