IQNA

Küveytdə 23-cü Quran hifzi yarışları keçiriləcək

12:11 - February 03, 2020
Xəbər sayı: 3486616
Fevral ayının 9-da Küveytdə müxtəlif yaş qruplarından olan kişi və qadınlar arasında 23-cü milli Quran hifzi yarışları keçiriləcək. Bu barədə Küveytin İslami Fondlar Katibliyi məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fevral ayının 9-da Küveytdə 23-cü milli Quran hifzi yarışları keçiriləcək.

Bu barədə Küveytin İslami Fondlar Katibliyi məlumat verib.

Quran hifzi yarışları Küveytin İslami işlər və fondlar nazirliyinin və Ədliyyə nazirliyinin təşəbbüsü və dəstəyi ilə keçiriləcək.

Yarışlar "ürəklərin baharı" devizi və vətəndaşların Quranla üns saxlamağa, Quran ayələrində düşünməyə və düzgün oxunuş qaydalarını öyrənməyə təşviqi, İslami dəyərlərin cəmiyyətdə gücləndirilməsi və yeni nəsil Quran hafizlərinin tanınması hədəfi ilə keçirilir.   

Bu yarışlarda müxtəlif yaş qruplarından olan 2500 nəfərdən çox kişi və qadın iştirak edəcək.

Küveytin Quran yarışları 1997-ci ildən başlayıb. Bu yarışların ilk turunda 117 nəfər yüksək imtiyazla fərqlənmiş və hər birinə 76 dollar mükafat verilmişdi.

Qeyd edək ki, bu turun yarışlarında 200 nəfər ən yüksək bal toplayan iştirakçı mükafatlandırılacaq. Mükafat alanların arasında bölüşdürüləcək hədiyyənin ümumi dəyəri 495 min dollar olacaq.  

https://iqna.ir/fa/news/3875837

 

Teqlər: iqna ، quran hifzi ، küveyt
captcha